Тест: examen 1-10


Список вопросов


1. Boru kəmərlərinin korroziyadan mühafizə sxeminin düzgün seçilməsi üçün layihə tapşırığında nələr nəzərdə tutulmalıdır?

1) E) Dəniz suyunun xüsusi müqaviməti və hidrogen göstəricisi
2) D) Fiziki-kimyəvi göstəriciləri
3) C) Temperaturu
4) B) Kəmərdə nəql ediləcək məhsulun komponent tərkibi
5) A) Bütün cavablar doğrudur

2. Boru kəmərlərinin xarici səthlərini izolə etmək məqsədi ilə əsasən hansı örtüklərdən istifadə edilir?

1) Alüminium boya
2) Lak-boya
3) Yağlıboya
4) Akrilpolimer
5) Bitum polimer və ya epoksid-polimer

3. Dəniz sualtı boru kəmərlərinin inşasında hansı örtüklərdən istifadə edilir?

1) Polipropilen örtüklər
2) Kombinə edilmiş lentvari polietilen örtüklər
3) Polietilen örtüklər
4) Bütün cavablar doğrudur
5) Epoksid örtüklər

4. Boru kəmərlərinin layihələndirilməsində əsas hansı məsələlər öz həllini tapmalıdır?

1) Kəmərin diametrenin 50 sm-dən az olmaması
2) Kəmərin uzunluğunun 25 metrdən az olmaması
3) Kəmərin qurğularının və boruların ətraf mühitin təsirindən qorunması
4) Kəmərin qurğularının və boruların yalnız polad materialdan olması
5) Kəmərin qurğularının və boruların oğurluqdan qorunması

5. Yerüstü çəkilən boru kəmərlərini atmosfer korroziyasından qorumaq üçün laklı boyanın qalınlığı neçə mm az olmalıdır?

1) 0,2 mm
2) 0,6 mm
3) 0,3 mm
4) 0,4 mm
5) 0,5 mm

6. Yerüstü çəkilən boru kəmərlərini atmosfer korroziyasından qorumaq üçün cərəyan keçiriciliyi neçə kV- dan çox olmamalıdır?

1) 0,5 kV
2) 1 kV
3) 0,02 kV
4) 0,03 kV
5) 0,04 kV

7. Yeraltı magistral polad boru kəmərlərinin korroziyadan mühafizə etmək üçün hansı növ örtüklərdən istifadə olunur?

1) Xromatlar
2) Fosfatlar
3) Silikatlar
4) İnhibitorlar
5) Normal və gücləndirilmiş

8. Metal neft çənlərinin dibinin xarici səthləri hansı örtüklə mühafizə olunmalıdır?

1) Bitum
2) Silikon
3) Emal
4) Yağlıboya
5) Emulsiya

9. Qoruyucu örtüyün zədə və nasaz yeri hansı cihaz ilə aşkar edilir?

1) İP-5-75 tipli
2) İP-3-71 tipli
3) İP-1-60 tipli
4) İP-4-73 tipli
5) İP-2-70 tipli

10. Hansı mühafizə elektrokimyəvi nəzəriyyəyə əsaslanır? Katod mühafizəsi

1) Aktivmühafizə
2) Protektormühafizəsi
3) Katod mühafizəsi
4) Elektrolidmühafizə
5) Anodmühafizəsi

11. Tikililərə zərər verən ən önəmli faktor nədir?

1) Soyuq hava
2) Günəş şüaları
3) Su
4) Torpağın nəmi
5) İsti hava

12. İzolyasiya işlərinə hansı işlər daxildir?

1) Akustik izolyasiya işləri
2) Su izolyasiya işləri
3) Termoizolyasiya işləri
4) Bütün cavablar doğrudur
5) Səs izolyasiya işləri

13. Termoizolyasiya işləri yerinə yetirildikdə nəyə qənaət etməyə imkan verir?

1) Qazın yanmasına
2) Enerji itkisinə
3) Təbii qaza və elektrik enerjisinə
4) Soyuğa
5) İstiliyə

14. Binaları və evləri qışda kəskin soyuqdan və yayda kəskin istidən qorumaq üçün hansı izolyasiya növündən istifadə olunur?

1) Hidroizolyasiya
2) Termoizolyasiya
3) İstilik izolyasiyası
4) Səs izolyasiyası
5) Su izolyasiyası

15. Aşağıda göstərilən materiallardan hansı termoizolyasiya materiallarıdır?

1) Elastik membran
2) Daş yunu, EPS və XPS penoplastlar
3) Poliaspatik
4) İzoterm
5) PVC membran

16. Boya materialı çəkilməzdən əvvəl səth necə olmalıdır?

1) Kələ-kötür
2) İsti və soyuq
3) İsti və soyuq
4) Təmiz və quru
5) Düz və hamar

17. İzolyasiya sistemlərində daş yunu hansı məqsədlə istifadə olunur?

1) İstilik, səs və yanğına davamlıq
2) Yeraltı boru kəmərlərin çəkilişində
3) Neft-qaz anbarların tikintisində
4) Dənizdə hidroqurğuların quraşdırılmasında
5) Platformaların tikintisində

18. Dəniz səviyyəsindən 3-4 metr yüksəklikdə hansı korroziya baş verir?

1) Bioloji
2) Atmosfer
3) Elektrokimyəvi
4) Kimyəvi
5) Qaz

19. Poliuretanın istilik izolyasiya xidmətinin müddəti neçə ildən çoxdur?

1) 25 ildən
2) 21 ildən
3) 24 ildən
4) 22 ildən
5) 23 ildən

20. Binaların, qurğuların, sənaye avadanlıqlarının və istilik şəbəkələrinin istilik itkisini azaltdıqda nəyə qənaət etmiş oluruq?

1) Yanacağa
2) Oduna
3) Suya
4) Yalnız təbii qaza
5) Enerjiyə

21. Səth nə ilə yuyulmalıdır?

1) Kanal suyu ilə
2) Yağış suyu ilə
3) Axar su ilə
4) Yüksək təzyiqli təmiz su ilə
5) Aşağı təzyiqli su ilə

22. Metal səthin abrazivlə təmizlənməsindən sonra rənglənməsi arasında yaranan vaxt intervalında hansı səbəbdən səthin yenidən standarta uyğun təmizlənməsi tələb olunur?

1) Metalın səthində boya qalıqları qalarsa
2) Metalın səthində tozlanma olarsa
3) Metalın səthində çirklər olarsa
4) Metalın səthində oksidləşmə yaranarsa
5) Metalın səthində yağlar olarsa

23. Səth nədən təmizlənməlidir?

1) Pasdan təmizlənməlidir
2) Tozdan təmizlənməlidir
3) Qaynaq olunan yerlər şlaklardan təmizlənməlidir
4) Yağlardan, çirklərdən təmizlənməli,təmiz su ilə yuyulmalıdır
5) Köhnə boya qalıqlarından təmizlənməlidir

24. Rəngləmə işlərini qurtardıqdan sonra boyanın sistemdə qalan hissəsini nədən xaric etmək lazımdır?

1) Boya aparatından
2) Borudan, tapançadan və rəng aparatından
3) Boya axan borudan
4) Boya vuran tapançadan
5) Rəng saxlanan qabdan

25. Rəng püskürmə zamanı mayenin təzyiqi neçədən az olmamalıdır?

1) 172 kq/sm2-dən
2) 173 kq/sm2-dən
3) 174 kq/sm2dən
4) 176 kq/sm2-dən
5) 175 kq/sm2-dən

26. Fırça və ya diyircəkli fırça ilə rəngləmə hansı hissələrdə tövsiyə edilir?

1) Yalnız son qatlarda
2) Yalnız kiçik hissələrdə
3) Yalnız səthin kənar hissələrində
4) Yalnız böyük hissələrdə
5) Yalnız səthin orta hissələrində

27. Səthin temperaturu şeh temperaturundan minimum neçə dərəcə yüksək olmalıdır?

1) 6C yüksək
2) 5C yüksək
3) 7C yüksək
4) 4C yüksək
5) 3C yüksək

28. Məhsulun “A” və “B” komponentləri nə ilə qarışdırılır?

1) Şpatel vasitəsi ilə
2) Fırça vasitəsi ilə
3) Mexaniki əl aləti vasitəsi ilə
4) Elektrik qarışdırıcı vasitəsi ilə
5) Çubuq vasitəsi ilə

29. Abrazivlə təmizləmə zamanı metalın səthində qüsur aşkarlanarsa həmin sahələr nə ilə doldurulmalıdır?

1) Məcun ilə
2) Lak ilə
3) Plastik boya ilə
4) Boya ilə
5) Emulsiya ilə

30. Metalın səthi hansı standarta uyğun mexaniki olaraq təmizlənə bilər?

1) Pt3 standartına
2) Pt4,5 standartına
3) Pt4 standartına
4) Pt3,5 standartına
5) Pt5 standartına

31. Metal konstruksiyaların boyanması nə üçün həyata keçirilir?

1) İstidən və günəş şüalarından qorumaq üçün
2) Estetik zahiri görünüş vermək, ətraf mühitin zərərli amillərinin təsirlərindən-ultrabənövşəyi şüalanmadan, temperaturdan, kimyəvi təsirdən qorumaq üçün
3) Küləklərdən və dənizin dalğasından qorumaq üçün
4) Havanın rütubətindən və yağışdan qorumaq üçün
5) Qruntun və suyun təsirindən qorumaq üçün

32. Metal konstruksiyaların boyanması zamanı emal qatının metalla birləşməsi üçün nəyi nəzərdə tutmaq lazımdır?

1) Səthin sumbata ilə təmizlənməsini
2) Səthin su ilə yuyulmasını
3) Səthin məcun ilə hamarlanmasını
4) Səthin hökmən tam təmizlənməsini
5) Səthin kerosin ilə yağlanmasını

33. Metal konstruksiyaların ilkin boyanması prosesi hökmən nəyi tələb edir?

1) Akril boya əsasında hazırlanmış astar və emalların vurulmasını
2) Bitki tərkibli boya əsasında hazırlanmış astar və emalların vurulmasını
3) Səthin məcun ilə hamarlanması, astar və emal qatın vurulmasını
4) Səthin su ilə yuyulması, astar boya qatının vurulmasını
5) Səthlərin hazırlanması, yağ qalıqlardan təmizlənmə, astarlanma, emal qatın vurulmasını

34. İstifadə olunan lak-boya materialının həcmindən və başqa lak-boya materialın-dan istifadə olunmasından asılı olaraq avadanlıq Tiner T82 vasitəsi ilə nə zaman yuyulub təmizlənməlidir?

1) İş gününün axırında
2) İş günü ərzində
3) İş gününün əvvəlində
4) Növbəti iş günü ərzində
5) Növbəti iş gününün əvvəlində

35. Avadanlıq hansı təmizləyici vasitəsi ilə tam yuyulmalıdır?

1) Tiner T87
2) Tiner T86
3) Tiner T85
4) Tiner T82
5) Tiner T84

36. Boya əməliyyatının havanın rütubəti neçə faiz olan şəraitdə tətbiq edilməsi məqsədəuyğundur?

1) 43-63%
2) 44-64%
3) 41-61%
4) 40-60%
5) 42-62%

37. Boya istehsalçı firmalar boya haqqında məlumatları harada yerləşdirirlər?

1) Kağız vərəqələrin üzərində
2) İnternet səhifəsində
3) Reklam lövhələrində
4) Qablaşdırma etiketi və broşuralarda
5) Ofislərin özündə

38. Boya əməliyyatının hansı temperaturda tətbiq edilməsi məqsədəuyğundur?

1) 24-29C temperaturda
2) 23-28C temperaturda
3) 22-27C temperaturda
4) 20-25C temperaturda
5) 21-26C temperaturda

39. Qum şırnağı ilə emal harada tətbiq olunur?

1) Dənizdə platformanın tikintisində
2) Estekadanın tikintisində
3) Tikintidə və metalların emalında
4) Magistral boru kəmərlərinin çəkilişində
5) Hidrotexniki qurğularda

40. Qum şırnağı ilə emal dedikdə nə başa düşülür?

1) Metalın səthinin yağlardan təmizlənməsi
2) Metalın səthinin pasdan təmizlənməsi
3) Metalın səthinin çirkdən təmizlənməsi
4) Metalın səthinin paslanma, çirk, rəng və digər qalıq materiallardan qum ilə təmizlənməsi
5) Metalın səthinin köhnə boyadan təmizlənməsi

41. Plastik boyalardan hansı şəraitdə boyama əməliyyatı aparılması tövsiyyə edilmir?

1) +58C altında hava istiliyində
2) +56C altında hava istiliyində
3) +54C altında hava istiliyində
4) +52C altında hava istiliyində
5) +50C altında hava istiliyində

42. Sintetik boyalardan hansı şəraitdə boyama əməliyyatı aparılması tövsiyyə edilmir?

1) +23C altındakı istilikdə və çox nəmli mühitdə
2) +32C altındakı istilikdə və çox nəmli mühitdə
3) +28C altındakı istilikdə və çox nəmli mühitdə
4) +15C altındakı istilikdə və çox nəmli mühitdə
5) +19,5C altındakı istilikdə və çox nəmli mühitdə

43. Metal konstruksiyalar hansı üstünlüklərə malikdir?

1) Gücə və davamlığa, əməliyyat etibarlığına
2) Quraşdırma və sökülmə rahatlığına
3) Tikinti rahatlığı, sürəti, sadəlik və serialı istehsala
4) Az çəki (dəmir-beton məhsulları ilə müqayisə edildikdə), nəql olunma asanlığına
5) Bürün cavablar doğrudur

44. Metal konstruksiyaların korroziyaya həssas olması hansı mühitin təsirlərindən qorunmasını zəruri edir?

1) Günəş şüalarının təsirindən
2) Aqressiv ətraf mühitin təsirindən
3) Dəniz suyunun təsirindən
4) Küləklərin təsirindən
5) Havanın təsirindən

45. Qoruyucu örtüyün zədə və nasaz yeri hansı cihaz ilə aşkar edilir?

1) İP-3-62 tipli axtarıcı cihaz ilə
2) İP-4-63 tipli axtarıcı cihaz ilə
3) İP-5-64 tipli axtarıcı cihaz ilə
4) İP-1-60 tipli axtarıcı cihaz ilə
5) İP-2-61 tipli axtarıcı cihaz ilə

46. İP-1-60 tipli cihazın iş prinsipi hansı potensiallar fərqinin ölçülməsinə əsaslanır?

1) Alt nöqtə arasındakı
2) Dörd nöqtə arasındakı
3) Daxili və xarici səth arasındakı
4) Üç nöqtə arasındakı
5) İki nöqtə arasındakı

47. Quruluşuna görə hansı boyalardan istifadə olunur?

1) Antipas boyalardan
2) Sintetik boyalardan və emulsiyalardan
3) Yağlı boyalardan
4) Plastik boyalardan
5) Akril boyalardan

48. İstifadə olunan boyalar quruluşuna görə neçə qrupa bölünür?

1) 2
2) 3
3) 4
4) 6
5) 5

49. Metal konstruksiyaların korroziyadan etibarlı qorunmasını təmin etmək və xidmət müddətini əhəmiyyətli dərəcədə uzatmaq üçün hansı boya ilə rənglənməlidir?

1) Korroziyaya qarşı emulsiya ilə
2) Korroziyaya qarşı məcun ilə
3) Korroziyaya qarşı boya ilə
4) Korroziyaya qarşı tiner ilə
5) Korroziyaya qarşı şüşəlifli örtük ilə

50. Tikintidə ən çox istifadə olunan metal konstruksiyalar hansılardır?

1) Panellər, profillər
2) Vitraj pəncərələr, qapılar
3) Tirlər, sütunlar, fermalar
4) Bütün cavablar doğrudur
5) Armaturlanmış karkaslar, çərçivələr

51. Boru kəmərlərinin çəkilişi, kəmər qurğularının və borularının özüllərinin ətraf mühitin təsirindən qorunması məsələsi öz həllini harada tapmalıdır?

1) Qazıntı işlərində
2) Layihələndirmədə
3) Korroziyaya qarşı boyamada
4) Torpaqlama işlərində
5) Eroziyaya qarşı mübarizədə

52. Plastik boyada istifadə edilmiş fırça nə ilə təmizlənməlidir?

1) Sabun ilə
2) Şampun ilə
3) Su ilə
4) Tiner ilə
5) Maye sabun ilə

53. Boyama prosesinin yekun mərhələsi necə adlanır?

1) Üzlük məcun
2) İlkin astar
3) Aralıq qatı
4) Orta qat
5) Son qat

54. Fırçanın tükləri boyanı çəkib sürtəcək qədər sərt, eyni zamanda yumşaq bir sürtünməni təmin edəcək qədər necə olmalıdır?

1) Plastik
2) Elastik
3) Kobud
4) Sərt
5) Yumşaq

55. Yenidən qurulan bina və qurğuların yeni şəraitdə layihələndirilməsi aqressiv mühitin növü və təsir dərəcəsi nəzərə alınmaqla konstruksiyaların və mühafizə örtüklərinin hansı vəziyyətinin təhlilini nəzərdə tutmalıdır?

1) Divarların səthini
2) Korroziyaya uğraması
3) Tavanın səthini
4) Metalın səthini
5) Ağacın səthini

56. Keyfiyyətli fırçalar nə tükündən hazırlanır?

1) Qoyun tükündən
2) Donuz tükündən
3) İnək tükündən
4) Quş tükündən
5) At tükündən

57. Polikendən qoruyucu örtük kimi əsasən harada istifadə olunur?

1) Bütün cavablar doğrudur
2) Kabel xəttinin çəkilişində
3) Kimyəvi dayanıqlığa, neytrallığa
4) Elektrik xəttinin çəkilişində
5) Boru kəmərlərinin çəkilişində

58. Boya işinin yaxşı nəticə verməsi istifadə olunan alətlərin nəyi ilə bağlıdır?

1) Alətlərin nasazlığı ilə
2) Alətlərin itilənməsi ilə
3) Alətlərin keyfiyyəti və baxımlılığı ilə
4) Alətlərin rəngli olması ilə
5) Alətlərin tez-tez dəyişdirilməsi ilə

59. Neft-qaz qurğularının korroziya nəticəsində vaxtından əvvəl sıradan çıxması texnoloji proseslərin nəyinə səbəb olur?

1) Pozulmasına
2) Saflaşmasına
3) Soyumasına
4) Qızmasına
5) Çürüməsinə

60. Qoruyucu örtüklər aqressiv şəraitdə hansı qabiliyyətə malik olmalıdırlar?

1) Bütün cavablar doğrudur
2) Dielektrik xassəsinə
3) Mexaniki möhkəmliyə, istiliyə davamlığa
4) Kimyəvi dayanıqlığa, neytrallığa
5) Boru səthinə yaxşı yapışmaq və hidroizolyasiya olunmağa

61. Kompressorların ümumi işləmə prinsipi nədən ibarətdir?

1) Bütün cavablar doğrudur
2) Daxildən aldığı havanı sıxaraq alçaq təzyiq yaratmaqdan
3) Xaricdən aldığı havanı sıxaraq alçaq təzyiq yaratmaqdan
4) Daxildən aldığı havanı sıxaraq orta təzyiq yaratmaqdan
5) Xaricdən aldığı havanı sıxaraq daha yüksək təzyiq yaratmaqdan

62. Hava kompressoru nədir?

1) Qazların həcmini azaldan qurğudur
2) Qazların təzyiqini azaldan qurğudur
3) Hava həcmini artıran qurğudur
4) Qazların həcmini artıran qurğudur
5) Hava təzyiqini artıran qurğudur

63. Kompressorlar necə maşınlardır?

1) Atmosferdən aldığı qazları sıxaraq özündə saxlayan maşınlardır
2) Atmosferdən aldığı qazları sıxaraq təzyiqi azaldan maşınlardır
3) Atmosferdən aldığı qazları sıxaraq birbaşa təzyiqi bərabərləşdirən maşınlardır
4) Atmosferdən aldığı havanı sıxaraq təzyiqi artıran maşınlardır
5) Atmosferdən aldığı havanı sıxaraq təzyiqi azaldan maşınlardır

64. Yerüstü çəkilən boru kəmərlərini atmosfer korroziyasından qorumaq üçün 0,2 mm qalınlığında hansı boya ilə örtülür?

1) Laklı boya
2) Plastik boya
3) Yağlı boya
4) Sintetik boya
5) Akril boya

65. Hidrotexniki qurğularda boru kəmərlərinin daxili səthlərini izolə etmək məqsədi ilə əsasən hansı örtüklər istifadə edilir?

1) Akril boya əsasında hazırlanmış astar və emallar
2) Su əsaslı lak tərkibli hazırlanmış astar və emallar
3) Bitki tərkibli boya əsasında hazırlanmış astar və emallar
4) Epoksid qətranları əsasında hazırlanmış astar və emallar
5) Dekorativ boya əsasında hazırlanmış astar və emallar

66. Tikintidə, MKT sistemində tikinti konstruksiyaların, bina və qurğuların su və kimyəvi aqressiv mayelərdən qələvi, turşu və s. mühafizəsi üçün hansı izolyasiya materiallarından istifadə edilir?

1) Şüşə lifli materiallardan
2) Lak boya materiallarından
3) Hidroizolyasiya materiallarından
4) Ağac lifli materiallardan
5) Köpük şüşəli materiallardan

67. Yanmasına görə istilik izolyasiya materialları hansı növlərdə istehsal olunur?

1) Yanmayan, çətin yanan, yanan
2) Alovlanan, çətin yanan
3) Közərən, yanmayan
4) Yanan, yumşaq yanan
5) Çətin yanan, tüstülənən

68. İstilik izolyasiya materialları istilik keçiriciliyinə görə hansı siniflərə bölünürlər?

1) F-yuxarı istilik keçiriciliyi, B-orta, C-yüksək
2) C-aşağı istilik keçiriciliyi, D-orta, B-yüksək
3) A-aşağı istilik keçirilikli, B-orta, V-yüksək
4) Q-yuxarı istilik keçiriciliyi, V-orta, B-aşağı
5) A-yuxarı istilik keçiriciliyi, E-orta, V-aşağı

69. İstilik-izolyasiya materiallarının sıxlığı nə qədər olmalıdır?

1) 740 kq/m3-dən çox olmamalıdır
2) 710 kq/m3-dənçox olmamalıdır
3) 730 kq/m3-dən çox olmamalıdır
4) 700 kq/m3-dən çox olmamalıdır
5) 720 kq/m3-dən çox olmamalıdır

70. İstilik-izolyasiya materialları nəyə deyilir?

1) Aqreqatların izolyasiyası üçün istifadə olunan material və məmulatlara
2) Sənaye binalarının istilik izolyasiyasına istifadə olunan materiallara
3) Avadanlıqların istilik mühafizəsi üçün istifadə olunan materiallara
4) Yaşayış, istehsalat və başqa binaların soyuğa qarşı istifadə olunan materiallarına
5) Yaşayış, istehsalat və başqa binaların istilik mühafizəsi və aqreqatların izolyasiyası üçün istifadə olunan material və məmulatlara

71. Qumlama metodu əsasən hansı standartlar əsasında tətbiq edilir?

1) 2.8 SA standartı əsasında
2) 2.9 SA standartı əsasında
3) 2.5 SA standartı əsasında
4) 2.7 SA standartı əsasında
5) 2.6 SA standartı əsasında

72. Nə üçün boyalar və laklar saxlandığı anbarların havası dəyişdirilməlidir?

1) Alışqan maddələr olduğu üçün
2) Həlledicilər olduğu üçün
3) Yağlı maddələr olduğu üçün
4) Qeyri-üzvi maddələr olduğu üçün
5) Üzvi maddələr olduğu üçün

73. Boyanın bircinsli tərkibə malik olması və dibində çöküntü qalmaması üçün nə etmək lazımdır?

1) Ağ neft əlavə etmək
2) Həlledici əlavə etmək
3) Yaxşıca qarışdırmaq
4) Tərkibinəyağ əlavə etmək
5) Yaxşıca süzmək

74. İzolyasiya məfhumunun mənası nə deməkdir?

1) Bükmək
2) Açmaq
3) Örtmə
4) Ayırma
5) Bağlama

75. Kompressorlar əsasən hansı iki formada olurlar?

1) Qaz və buxar
2) Aksial axımlı və fırlanan
3) Raket və hidravlik
4) Mərkəzdənqaçma və porşenli
5) Porşenli və vintli

76. Su əsaslı boyalar ilə səthlərin rənglənməsi zamanı hansı çiləyici istifadə edilir?

1) Boya üçün statik püskürtmə tapançası
2) Pnevmatik çiləmə tapançası
3) Havasız boya çiləyicisi
4) Boya üçün əl ilə sprey tapançası
5) Boya üçün elektrik püskürtmə tapançası

77. Çiləyicilərin hansı növləri olur?

1) Havasız və elektrik
2) Havasız və əl
3) Pnevmatik və su
4) Elektrik və pnevmatik
5) Əl, elektrik, pnevmatik, havasız

78. Metaldan hazırlanmış bir əşyanı boyamadan əvvəl hansı işləri görmək lazımdır?

1) Səth yalnız pasdan təmizlənməlidir
2) Səth yağ, pas, beton və boya qalıqlarından təmizlənməlidir
3) Səth yağlı boyadan təmizlənməlidir
4) Səth yalnız boya qalıqlarından təmizlənməlidir
5) Səth yalnız beton qalıqlarından təmizlənməlidir

79. Metaldan hazırlanmış bir əşyanın səthinin ideal təmizlənməsi üçün hansı proses aparılır?

1) Sulama
2) Torpaqlama
3) Qumlama
4) Çiləmə
5) Tozlama

80. Yüksək təzyiqli hava vasitəsilə qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizlənmə metodu necə adlanır?

1) Tozlama metodu
2) Gilləmə metodu
3) Sulama metodu
4) Torpaqlama metodu
5) Qumlama metodu

81. Dəniz atmosferində okeana və ya dənizə yaxınlığından asılı olaraq metal neçə dəfə sürətli korroziyaya uğrayır?

1) 12 dəfə
2) 8 dəfə
3) 6 dəfə
4) 10 dəfə
5) 4 dəfə

82. Atmosfer korroziyasının təsiri ilə sənayenin müxtəlif sahələri hansı proseslərə məruz qalır?

1) Antropogen fəaliyyətin mənfi təsiri
2) Ətraf mühitə külli miqdarda tullantıların atılması
3) Ətraf mühitin çirklənməsi
4) Avadanlıqların sıradan çıxması
5) Bütün cavablar doğrudur

83. Xarici mühitlə əlaqədə kimyəvi və elektrokimyəvi proseslərin təsirindən möhkəm kütlənin (elementin) dağılması necə adlanır?

1) İstilik izolyasiyası
2) Korroziya
3) Sovrulma prosesi
4) Hidroizolyasiya
5) Səssiz izolyasiya

84. Elektrokimyəvi korroziya hansı mühitdə gedə bilər?

1) Hava
2) Dəniz suyu
3) Aqressiv
4) Turş, qələvi və neytral
5) Torpaq, su və oksid

85. Elektrokimyəvi korroziya nəyə deyilir?

1) Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına
2) Turş mühitin təsirindənmetalın və ya ərintinin dağılmasına
3) Aktiv küləyin təsirindən metalın və ya ərintinin dağılmasına
4) Sabit cərəyanın təsirindən metalın və ya ərintinin dağılmasına
5) Qələvi mühitin təsirindənmetalın və ya ərintinin dağılmasına

86. Kimyəvi korroziya nəyə deyilir?

1) Korroziyaya uğrayan metalın mis ilə reaksiyaya girməsinə
2) Korroziyaya uğrayan metal mühitin aqressiv tərkib hissəsi ilə reaksiyaya girərək kimyəvi birləşmə əmələ gətirməsinə
3) Korroziyaya uğrayan metalın alüminium ilə reaksiyaya girməsinə
4) Korroziyaya uğrayan məhlul mühitin aqressiv tərkib hissəsi ilə reaksiyaya girərək qeyri-üzvi birləşmə əmələ gətirməsinə
5) Korroziyaya uğrayan metalın gümüş ilə reaksiyaya girməsinə

87. Metallar nəyin təsirindən kimyəvi və elektrokimyəvi korroziyaya məruz qalırlar?

1) Yerindən
2) Bütün cavablar doğrudur
3) Mühitlə əlaqəsindən
4) İstismar şəraitindən
5) Təbiətdə olan metalların təsirindən

88. Metallar hansı təsirlər nəticəsində dağılaraq yararsız hala düşür?

1) Yalnız biokimyəvi
2) Bütün cavablar yanlışdır
3) Yalnız kimyəvi
4) Elektromexaniki
5) Kimyəvi, elektrokimyəvi və biokimyəvi

89. Korroziya nəyə deyilir?

1) Metalın tərkibinin ətraf mühitin təsirindən dəyişməsinə
2) Suyun və ondan hazırlanan məhlulun ətraf mühitin təsirindən dağılmasına
3) Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasına
4) Havanın tərkibinin dəyişməsinə
5) Metal və suyun tərkibinin dəyişməsinə

90. İzolyasiya məhsullarından istifadə zamanı obyekt nədən qorunur?

1) Dumandan
2) Qazlardan
3) Nəm havadan
4) Sudan və nəmdən
5) Quru havadan

91. İzolyasiya məhsullarından istifadə zamanı enerji itkisinə neçə % qənaət olunur?

1) 60%
2) 55%
3) 45%
4) 50%
5) 40%

92. Enerji itkisinə qənaətin yeganə yolu hansı materialların istifadəsində görülür?

1) Sement
2) İzolyasiya
3) Kafel yapışdırıcı
4) Kafel
5) Gips

93. Təcrübələrə əsasən hansı boya ilə rəngləmədə metalda korroziyadan dağılma daha zəif gedir?

1) Sarı tonlu boyalar ilə
2) Su bazlı boyalar ilə
3) Lak boyalar ilə
4) Dekoratif boyalar ilə
5) Bitkisel boyalar ilə

94. Korroziyadan mühafizə üçün metallik örtüklər hansıdır?

1) Nikel, emal, qalay
2) Sink, qalay, qurğuşun, nikel, xrom
3) Sink, boya, nikel
4) Xrom, lak və qurğuşün
5) Qalay, qatran və sink

95. Korroziyadan mühafizə üçün qeyri-metallik örtüklər hansılardır?

1) Qatran, qalay və mis
2) Boya, xrom və lak
3) Lak, nikel və xrom
4) Emal, qatran və qurğuşun
5) Boya, lak, emal, qatran

96. Metalın səthindəki qoruyucu örtük təbəqəsi qorunan metaldan passiv olarsa, onda qoruyucu təbəqənin hansı hissəsindən metalın korroziyası başlayır?

1) Təbəqənin sonundan
2) Dağıldığı yerdən
3) Təbəqənin ucundan
4) Təbəqənin başlanğıncından
5) Təbəqənin ortasından

97. Katod mühafizəsində əsas məqsəd hansı elementi metaldan uzaqlaşdırmaqdır?

1) Hidrogeni
2) Azotu
3) Elektronları
4) Oksigeni
5) Karbonu

98. İnhibitor nəyə deyilir?

1) İnhibitor yalniz üzvi maddədən olur
2) Metalda fiziki örtük əmələ gətirməyən maddəyə
3) Aqressiv mühitdə metalların dağılma prosesinin qarşısını ala bilən maddəyə
4) Korroziyanın qarşısını almaq üçün istifadə olunan katod mühafizə üsuluna
5) İnhibitor metallarda korroziyanın qarşısını almır

99. Hidrotexniki qurğuların metal konstruksiyalarının korroziyasına təsir edən xarici amil aşağıdakılardan hansıdır?

1) Havanın günəşli olması
2) Havanın nisbi rütubəti
3) Konstruksiyanın rəngi
4) Konstruksiyanın çəkisi
5) Küləyin əsmə istiqaməti

100. Hidrotexniki qurğuların metal konstruksiyalarının korroziyasına təsir edən daxili amil aşağıdakılardan hansıdır?

1) Metalın rəngi
2) Metalın kimyəvi tərkibi
3) Metalın dayanaqlığı
4) Metalın çəkisi
5) Metalın əyilgənliyi

101. Dəniz suyunda hansı ionların qatılığının yüksək olması metalın mühafizə örtüyünü dağıdır və korroziyanın sürətini artırır?

1) Xlor və sulfat
2) Hidroksid
3) Hidrogen
4) Nitrat
5) Ammonium

102. Suyun temperaturunun 25-300Cartması korroziyanın sürətini neçə dəfə çoxaldır?

1) 6
2) 8
3) 4
4) 2
5) 10

103. Korroziya zədələrinin paylanması hansı şəraitdən asılıdır?

1) Dəniz suyunun temperaturundan
2) İstismar şəraitindən və küləyin istiqamətindən
3) Yalnızistismar şəraitindən
4) Yalnız hakim küləklərin istiqamətindən
5) Dəniz suyunun şirinliyindən

104. Korroziyanın geniş yayıldığı sahələr dənizin sakit səth səviyyəsindən neçə metr hündürlükdə götürülür?

1) 0,6-1,5 m
2) 0,7-1,4 m
3) 0,5-1 m
4) 0,8-1,6 m
5) 0,9-2 m

105. Estakadada fermanın 1m2 səthini təmizləmək üçün neçə kq qum sərf edilir?

1) 38-42 kq
2) 37-41 kq
3) 36-40 kq
4) 35-39 kq
5) 34-38 kq

106. Dəniz hidrotexniki qurğularını korroziyadan qorumaq üçün bir neçə qat çəkməklə kombinə edilmiş örtüklərin suda ömrü neçə il olur?

1) 3-7 il
2) 2-6 il
3) 4-8 il
4) 4-9 il
5) 5-10 il

107. Metal konstruksiyalarını dəniz suyunun təsirindən qorumaq üçün hansı metal örtüklərdən istifadə etmək olar?

1) Kalsium
2) Sink və alüminium
3) Xrom və fosfat
4) Qalay və qurğuşun
5) Nikel və xrom